Azərbaycan və Çexiya arasında idman sahəsində əməkdaşlığın genişləndirilməsi müzakirə edilib

Baş səhifə
Azərbaycan və Çexiya arasında idman sahəsində əməkdaşlığın genişləndirilməsi müzakirə edilib

Gənclər və idman naziri Fərid Qayıbov Avropa Gimnastika Konqresi ərəfəsində Çex Respublikasının Milli İdman Agentliyinin sədri Andrey Şebeklə idman sahəsində əməkdaşlığın genişləndirilməsi barədə məsələlər müzakirə olunub.

“Report” nazirliyə istinadən xəbər verir ki, görüş zamanı hər iki ölkədə həyata keçirilən irimiqyaslı idman layihələri, qarşılıqlı təlim-məşq toplanışlarının təşkili və idman sahəsində əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub.

Həmçinin anti-dopinq sahəsində birgə fəaliyyət imkanları nəzərdən keçirilib.

Görüşdə həmçinin Bakı-2026 “Dünyanın İdman Paytaxtı” çərçivəsində paytaxtımızda keçiriləcək tədbirlərdə Çexiya nümayəndələrinin iştirakı barədə də fikir mübadiləsi aparılıb.