“Kür” komandası heyətini monteneqrolu oyunçu ilə gücləndirib

Baş səhifə
Kür komandası heyətini monteneqrolu oyunçu ilə gücləndirib

Qadın həndbolçulardan ibarət “Kür” komandası heyətini yeni oyunçu ilə gücləndirib.

“Report” xəbər verir ki, Mingəçevir təmsilçisi monteneqrolu Esma Muratoviçlə müqavilə imzalayıb.

Ölkəsinin “Danilovqrad” klubunun yetirməsi olan 29 yaşlı həndbolçu karyerası ərzində müxtəlif illərdə Portuqaliya, Türkiyə, İsrail, Kosova, İtaliya və Yunanıstan çempionatlarında çıxış edib. Esmanın sonuncu klubu Şimali Makedoniyanın “Qorçe Petrov” olub.

Qeyd edək ki, Muratoviç “Kür”ün heyətində 7 nömrəli formanı geyinəcək.