ADA Universitetinin prorektoru: İş yerlərində ömür boyu öyrənməyə maliyyə yatırılmalıdır

Baş səhifə
Prorektor: İş yerlərində ömür boyu öyrənməyə maliyyə yatırılmalıdır

İş yerlərində ömür boyu öyrənməyə maliyyə yatırılmalıdır.

“Report” xəbər verir ki, bunu ADA Universitetinin prorektoru Vəfa Kazdal “Peşələrin Sammiti”ndə deyib.

Onun sözlərinə görə, ömür boyu öyrənmək artıq zamanın çağırışıdır:

“Ömür boyu öyrənməyə sərmayə yatırılmalıdır. Davamlı təhsil və bacarıq yenilənməsinin mexanizmlərini ortaya qoymaq üçün ömürboyu təhsil mədəniyyəti yaranmalı, bu mədəniyyəti şüurun bir hissəsinə çevirəcək mühit formalaşmalıdır. Bu prosesdə daxili və xarici motivasiya önəmlidir”.

O qeyd edib ki, davamlı öyrənmə təşkilati mədəniyyətin əsas hissəsi olmadan istənilən müsbət nəticəni əldə etmək mümkün deyil:

” Əgər fərdlərin, işçilərin, əməkdaşların bir quruma sadiqliyi artırsa, orada inkişaf baş verir. Bu isə uzun

müddətli rəqabətliliyinə gətirib çıxardır”