Bakı-Sumqayıt magistralında zəncirvari qəza baş verib

Baş səhifə

Bakı.Trend:

Bu gün saat 06:00 radələrində, Bakı-Sumqayıt magistralının 8-ci
kilometrində zəncirvari yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Trend xəbər
verir ki, bu barədə DİN məlumat yayıb.




Bildirilib ki, E.Abdullayev “Nissan” markalı avtomobillə
hərəkətdə olarkən nasazlıq səbəbindən yolun hərəkət hissəsində
qalan A.Quliyevin idarə etdiyi “VAZ” markalı avtomobillə, sonuncu
isə zərbənin təsirindən digər zolaqda hərəkət edən “KİA” markalı
avtomobillə toqquşub, nəticədə A.Quliyev xəsarət almışdır. Yolda
yaranan sıxlıq yol polisi əməkdaşları tərəfindən aradan qaldırılıb.
Faktla bağlı araşdırma aparılır.

Baş Dövlət Yol Polisi İdarəsi qeyd olunan səbəbdən dəfələrlə
ağır-yol nəqliyyat hadisələrinin baş verdiyini bir daha xatırladır
və sürücüləri avtomobillərinin texniki sazlığına vaxtaşırı nəzarət
etməyə, nasaz, texniki-təhlükəsizlik baxımından normativ tələblərə
cavab verməyən nəqliyyat vasitələri ilə yola çıxmaqdan çəkinməyə
çağırır.