Azərbaycana və əks istiqamətdə I yarımildə hava nəqliyyatı ilə daşınmış baqajların sayı açıqlanıb

Baş səhifə
Azərbaycana və əks istiqamətdə I yarımildə hava nəqliyyatı ilə daşınmış baqajların sayı açıqlanıb

Elşən Səfərli

Bu ilin I yarısında Azərbaycana hava nəqliyyatı ilə 1 milyon 305 min 239 ədəd, əks istiqamətdə isə 1 milyon 177 min 893 ədəd baqaj daşınıb.

“Report” xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Xidmətin təşkili şöbəsinin rəisi Elşən Səfərli bildirib.

Onun sözlərinə görə, bu bajaqlar yanvar-iyun aylarında ölkəyə 12 322 təyyarə reysi ilə daxil olmuş 1 milyon 658 min 738 sərnişinin və ölkədən 12 331 təyyarə reysi ilə xaric olmuş 1 milyon 597 min 9 sərnişinin hesabına daşınıb.