ABŞ Senatında Rusiyaya qarşı sanskiyalarla bağlı qanun layihəsinin baxılmasına dayandırılıb

Baş səhifə

Bakı. Trend:

ABŞ Prezidentinin xüsusi səfiri Stiv Uitkoffun Rusiyaya
gözlənilən səfəri ərəfəsində Senatda Rusiyaya qarşı sanksiyalarla
bağlı qanun layihəsinin müzakirəsi dayandırılıb.

Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.




“ABŞ Senatı Rusiyaya qarşı genişmiqyaslı, iki partiyanın
dəstəklədiyi sanksiya paketinin müzakirəsini dayandırıb… Qanun
layihəsi Trampın əsas danışıqlar aparanı Stiv Uitkoffun gələn
həftəyə planlaşdırılan Moskva səfərinə qədər təxirə salınıb”, –
deyə “Kyiv Post” nəşrin məlumatında bildirilir.

Bundan əvvəl Rusiya Prezidenti Vladimir Putin Bişkekdə keçirilən
mətbuat konfransında Rusiyanın neft şirkətlərinə qarşı yeni ABŞ
sanksiyaları ilə bağlı müzakirələrin başlamasına təəcübləndiyini,
həmçinin Alyaska zirvə toplantısında ABŞ və Rusiya rəhbərliyi
arasında Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı qarşılıqlı
anlaşmanın olduğunu bildirmişdi.