Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi general-mayor Mürsəl İbrahimov dekabrın 5-i saat 10:00-da Xidmətin Xaçmaz rayon şöbəsinin inzibati binasında Xaçmaz, Quba, Qusar, Şabran, Siyəzən şəhər və rayonlarında qeydiyyatda olan vətəndaşları qəbul edəcək.
Bu barədə “Report”a Dövlət Xidmətindən məlumat verilib.
Bildirilib ki, qəbula yazılmaq istəyən vətəndaşların 02 dekabr 2025-ci il tarixədək SHXÇDX-nın adları qeyd olunan rayon struktur bölmələrinə, həmçinin rəsmi elektron poçt ünvanına ([email protected]) müraciət edərək qeydiyyatdan keçmələri və qəbula gələrkən şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirmələri zəruridir.
Ən son xəbərləri bizim “Instagram” səhifəmizdə izləyin

