“FINCA Azerbaijan” komandası komanda ruhunu möhkəmləndirmək üçün toplaşıb (FOTO/VİDEO)

Baş səhifə

Bakı. Trend:

Komanda işi bacarıqlarının gücləndirilməsi, ünsiyyət və
motivasiyanın artırılması, iş səmərəliliyinin yüksəldilməsi
məqsədilə “FINCA Azerbaijan” komandası “Basqal Resort”da keçirilən
teambuilding tədbirində bir araya gəlib.

Rəngarəng və interaktiv proqramdan ibarət olan tədbirdə
iştirakçılar komanda ruhunu gücləndirən oyunlarda əməkdaşlıq,
qərarvermə və tapşırıqların yerinə yetirilməsi bacarıqlarını
nümayiş etdiriblər. Bu fəaliyyətlər həm komanda dinamikasını, həm
də birlikdə düşünmə və problem həll etmə qabiliyyətlərini daha da
möhkəmləndirib.

Tədbir, eyni zamanda, “FINCA Azerbaijan”a 12 il
rəhbərlik etmiş Tim Tarrantın vəzifədən ayrılması münasibətilə
təşkil olunmuş vida görüşü
xarakteri daşıyıb. Komanda
üzvləri çıxışlarında Tim Tarrantın uzun illər ərzində quruma
verdiyi dəyərli töhfələri, liderlik üslubunu və təşkilatın
inkişafında rolunu xüsusi olaraq qeyd ediblər.




Məlumat üçün bildirək ki, Timothy Tarrant “FINCA
Azerbaijan”dakı fəaliyyətini 12 ildən sonra başa vurub
. O,
peşəkar karyerasına 2001-ci ildə başlayıb və 2013-cü ildən etibarən
“FINCA Azerbaijan” MM Qeyri-Bank Kredit Təşkilatının icraçı
direktoru vəzifəsini icra edib. Bu illər ərzində o, “FINCA”nın üç
fərqli ölkəsində ölkə direktoru kimi fəaliyyət göstərib, həmçinin
maliyyə təşkilatının üç törəmə şirkətində Müşahidə Şurasının və
Audit Komitəsinin üzvü olub.