“Real Madrid” Niko Pası geri qaytarır

Baş səhifə

Bakı. Trend:

“Komo”nun futbolçusu Niko Pas İspaniyaya qayıdacaq.

Trend xəbər verir ki, “Real”
argentinalı hücumameyilli yarımmüdafiəçini transfer etməyi
planlaşdırır.




Məlumata görə, “Kral klubu” Pası 2024-cü ilin yayında “Komo”ya 6
milyon avroya satıb. Madrid nəhəngi məhz bu maddəni işə salaraq
Argentina millisinin üzvünü sıralarına cəlb edəcək.

Qeyd edək ki, Niko Pas bu mövsüm “Komo”nun heyətində İtaliya A
Seriyasında meydana çıxdığı 12 matçda 5 qol və 4 məhsuldar ötürmə
ilə yadda qalıb.