
Bakı. Trend:
Beynəlxalq axtarışa verilmiş daha bir şəxs ekstradisiya
edilib.
Trend xəbər verir ki, bu
barədə Baş Prokurorluq məlumat yayıb.
Bildirilir ki, dələduzluqda ittiham edilərək 2023-cü ildə
dövlətlərarası axtarışa verilmiş 25.02.1984-cü il təvəllüdlü,
Rusiya Federasiyasının vətəndaşı Mundşayn Mikael Kostanoviçin
verilməsinə dair həmin ölkənin Baş Prokurorluğunun vəsatəti
Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən təmin
edilib.
“Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi
münasibətlər haqqında” 07.10.2002-ci il tarixli Konvensiyaya əsasən
təqsirləndirilən şəxsin ekstradisiyası haqqında qərar qəbul
edilərək Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi
konvoyunun müşayiəti ilə Rusiya Federasiyasının səlahiyyətli
orqanlarına təhvil verilib.
Qeyd edilir ki, xarici ölkələrin hüquq mühafizə orqanları ilə
cinayətkarlığa qarşı mübarizə sahəsində əməkdaşlıq uğurla davam
etdirilir.

