ABŞ-ın Rusiya neft şirkətlərinə qarşı yeni sanksiyaları Putin üçün gözlənilməz olub

Baş səhifə

Rusiya neft şirkətlərinə qarşı ABŞ-ın yeni sanksiyaları tətbiq edəcəyini gözləmirdim, çünki Alyaskadan bəri Moskva ilə Vaşinqton arasında heç bir münaqişə olmamışdı.

APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Qırğızıstana səfərinin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında bildirib.

“Mən nə baş verdiyini belə başa düşmədim”, – Putin qeyd edib.