
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Honq-Konqun Tay Po bölgəsində yaşayış kompleksində baş verən yanğınla bağlı Çinə başsağlığı verib.
Metbuat.az xəbər verir ki, bu barədə XİN-in sosial media hesabında paylaşım edilib:
“Çoxlu sayda insanın ölümünə və yanıq xəsarətləri almalarına səbəb olan faciəvi yanğın bizi dərindən kədərləndirib.
Həlak olanların ailələrinə və yaxınlarına səmimi başsağlığımızı bildirir, xəsarət alanlara tezliklə şəfa diləyirik. Bu çətin dövrdə düşüncələrimiz Honq-Konq əhalisi ilədir”.
Xatırladaq ki, noyabrın 26-da Honqkonqda yaşayış kompleksində baş verən yanğın nəticəsində 65 nəfər həlak olub
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

