Zakir Həsənov İsrail nümayəndə heyəti ilə hərbi-texniki əməkdaşlığı müzakirə edib

Baş səhifə

Bakı.Trend:

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik
Zakir Həsənov ölkəmizdə səfərdə olan İsrail Dövlətinin Müdafiə
Nazirliyinin Müdafiə Tədqiqat və İnkişaf İdarəsinin rəisi e.o.
briqada generalı Daniel Qoldun rəhbərlik etdiyi nümayəndə heyətini
qəbul edib.

Trend xəbər
verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.




Bildirilib ki, Müdafiə naziri Azərbaycanla İsrail arasında
xüsusilə hərbi-texniki sahədə əməkdaşlığın cari vəziyyətindən
razılığını bildirib.

Görüşdə hər iki ölkə arasında hərbi əlaqələrin inkişafında
qarşılıqlı səfərlərin vacibliyi qeyd olunub, həmçinin maraq doğuran
bir sıra digər məsələlərə dair fikir mübadiləsi aparılıb.