Xudat şəhərində səyyar qəbul keçirilib (FOTO)

Baş səhifə

Bakı.Trend:

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, yerli
hüquq mühafizə orqanları, idarə, müəssisə və təşkilat rəhbərlərinin
iştirakı ilə Xudat şəhərində növbəti səyyar qəbulunu keçirib.

Qəbulda Xudat şəhəri və Şollar qəsəbəsinin sakinləri iştirak
ediblər.

Sakinlər əvvəlki səyyar qəbullarda səsləndirilən bəzi
müraciətlərin həlli ilə bağlı görülən işlərə görə təşəkkürlərini
bildiriblər. Həmçinin su təchizatının yaxşılaşdırılması, yolların
təmiri və torpaq sahəsinin ayrılması ilə bağlı müraciətlər
səsləndirilib.




Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev qaldırılan
məsələlərin həlli ilə bağlı aidiyyatı təşkilatların rəhbərlərinə
müvafiq tapşırıqlarını verib. Bəzi müraciətlər yerindəcə həll
edilib.

Sakinlər əhalinin problemlərinin həll edilməsi məqsədilə
yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və
qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və
Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə
ediblər.