
Bakı. Trend:
ABŞ milli təhlükəsizliyinin ən başlıca təhdidi – miqrasiya
siyasətinin zəif olmasıdır.
Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bunu Amerika Birləşmiş Ştatlarının
prezidenti Donald Tramp Ağ Evin yaxınlığında Milli Qvardiya
qulluqçularına silahlı hücumla bağlı insident fonunda bildirib.
“Heç bir ölkə öz mövcudluğu üçün bu dərəcədə təhlükəni qəbul edə
bilməz”,- deyə o bildirib.
O, Vaşinqtonda iki Milli Qvardiya qulluqçusunun yaralanması ilə
nəticələnmiş silahlı insidenti “iyrənc hücum” kimi
qiymətləndirib.

