AFFA Hakimlər Komitəsinin yeni sədri: “Bir neçə tur hakim idarəçiliyi stabil deyil”

Baş səhifə
AFFA Hakimlər Komitəsinin yeni sədri: Bir neçə tur hakim idarəçiliyi stabil deyil

AFFA Hakimlər Komitəsinin sədri təyin olunan Rəhim Həsənovun fikrincə Misli Premyer Liqasında bir neçə tur hakim idarəçiliyi stabil olmayıb.

O, bu barədə “Report”a açıqlama verib.

R.Həsənov bu vəziyəfə təyinatı ilə bağlı federasiya rəhbərliyinə təşəkkür edib:

“Bilirik ki, çempionatın ən çətin dönəmində bu yükün altına giririk. Amma Hakimlər Komitəsi olaraq əlimizdən gələni edəcəyik ki, qısa zamanda referiləri toplayıb oyunlara hazırlayaraq. Bir neçə tur hakim idarəçiliyi stabil deyil. Bunun səbəbləri araşdırılır. İlkin versiya hakimlərin psixoloji hazır olmamasıdır. Bunun aradan qaldırılması üçün hər referi ilə fərdi görüş keçiriləcək və onlarla bu istiqamətdə müzakirə aparılacaq”.

Sədr hazırda Komitə daxilində ciddi dəyişiklərin gözlənilmədiyini də vurğulayıb:

“Amma yeniliklərə ehtiyac var və zaman ilə bu məlumatlar sizlərə çatdırılacaq. Gənc, yeni referiləri siyahıya əlavə etmək istəyirik. Amma hazırda hakim resurslarımız o qədər də zəngin deyil. Bu istiqamətdə çalımağımıza ehtiyac var. Hakimlərimə inanıram və ümid edirəm ki, qarşıdan gələn oyunlara daha ciddi hazırlaşacaqlar və bacarıqlarını nümayiş etdirəcəklər”.