
Bakı. Trend
Qazaxıstan Prezidentinin xarici səfərləri zamanı ölkəmizlə bağlı
saxta informasiyalar yayılırdı. Biz çalışırdıq ki, daha çox ələkdən
keçirilmiş, dəqiqləşdirilmiş məlumatları yayaq.
Trend xəbər
verir ki, bunu bu gün Qazaxıstanın “Xabar” Agentliyinin sədrinin
müavini Dauletxan Jiyenkulov Türk Dövlətləri Təşkilatının Media
Forumu çərçivəsində baş tutan “Müasir dövrdə artan qlobal
informasiya təhdidlərinə qarşı dayanıqlı və preventiv addımlar:
Türk dövlətlərinin media ekosistemi nümunəsində” mövzusuna həsr
olunan panel sessiyada çıxışı zamanı deyib.
O bildirib ki, tədricən və ya sürətli şəkildə yayılan
feyk-nyuslar cəmiyyətdə müəyyən çaşqınlıq yaradır:
“Məqsəd cəmiyyətdə, insanlarda formalaşan fikir və rəyə təsir
göstərmək, ölkədəki daxili nizamı pozmaqdır”.

