
Bakı. Trend:
“Barselona”nın müdafiəçisi Andreas Kristensen karyerasını
İtaliyada davam etdirə bilər.
Trend xarici
KİV-ə istinadən xəbər verir ki, 29 yaşlı müdafiəçi “Latsio”ya
keçmək niyyətindədir.
Danimarka millisinin üzvünün “Barselona” ilə müqavilə müddəti
2026-cı il iyunun 30-na qədərdir. Kristensen “Çelsi” və “Borussiya”
(Münhenqladbax) klublarının da formasını geyinib.
“Latsio” İtaliya A seriyasında 18 xalla 8-ci pillədədir.

