Türkiyə MN Ukraynaya türk əsgərinin göndərilməsi iddiasına cavab verib

Baş səhifə

Türkiyə Milli Müdafiə Nazirliyi Ukraynada atəşkəs əldə olunduqdan sonra türk əsgərinin sülhməramlı kimi iştirak edəcəyi iddialarına münasibət bildirib.

APA-nın Türkiyə bürosu xəbər verir ki, nazirliyin açıqlamasında sülh və sabitlik üçün Türk ordusunun töhfə verməyə hazır olduğu vurğulanıb:

“Harada sülh, təhlükəsizlik və sabitlik ehtiyacı yaranırsa, ilk olaraq Türkiyə Silahlı Qüvvələri yada düşür, çünki onların imkanları, təsir gücü və nüfuzu yüksəkdir.

Əvvəlcə Rusiya ilə Ukrayna arasında atəşkəsin təmin olunması vacibdir. Daha sonra missiyanın və vəzifələrin dəqiq müəyyən edilməsi və hansı ölkənin nə dərəcədə kömək edəcəyinin müəyyənləşdirilməsi lazımdır.

Türkiyə Silahlı Qüvvələri bölgədə təhlükəsizlik və sabitlik yaradacaq hər bir layihəyə töhfə verməyə hazırdır”- deyə nazirliyin açıqlamasında qeyd olunub.