Azərbaycan İordaniya şirkətlərinin MDB ölkələrinin bazarlarına çıxışı üçün qapı ola bilər.
“Report” xəbər verir ki, bunu İordaniyanın sənaye, ticarət və təchizat naziri Yarub Əl-Kuda Bakıda keçirilən Azərbaycan və İordaniya arasında ticarət, iqtisadi və texniki əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın dördüncü iclasında bildirib.
“İordaniya Azərbaycanın özəl sektorunun regionumuza çıxışı üçün vacib bir qapı ola bilər. Digər tərəfdən, İordaniyanın MDB ölkələrində iştirakı yoxdur. Azərbaycanın MDB ölkələri ilə çox yaxşı siyasi, iqtisadi və ticarət əlaqələri olduğunu bilirik. İordaniyada biz hesab edirik ki, Azərbaycan bizim üçün həmin ölkələrə açılan əsas qapı ola bilər”, – Y.Əl-Kuda bəyan edib.
Ən son xəbərləri bizim “Instagram” səhifəmizdə izləyin

