
“Fənərbaxça”nın ulduz futbolçusu Kərəm Aktürkoğlunun ən böyük arzusu Türkiyə çempionu olmaqdır.
Metbuat.az xəbər verir ki, qolçu futbolçu yerli KİV-ə açıqlamasında bu arzusunu dilə gətirib. Kərəm etiraf edib ki, çempion olmaq üçün Türkiyəyə dönüb.
Ulduz futbolçu ötən həftə 3 xalla ayrıldıqları “Rizespor” səfərindən danışıb. Qeyd edib ki, ilk yarıda 0:2 hesabı ilə məğlub olmalarına baxmayaraq, meydandan 3 xalla ayrılacaqlarına inamlarını itirməyiblər:
“Birinci hissə başa çatanda məşqçimiz soruşdu ki, ikinci hissədə qalib gələcəyimizə inanırsınız? Hamımız bir ağızdan bəli dedik. Oyunu udacağımıza inanırdıq. Amma rəqibi 5:2 hesabı ilə məğlub etməyimiz sürpriz oldu”.
Kərəm dekabrın 1-də “Qalatasaray”la oynayacaqları matç haqda danışmaq istəməyib:
“Komanda olaraq öz aramızda bu barədə müzakirə aparmamışıq”.

