
Bakı. Trend:
Bu ilin noyabrın 1-nə Azərbaycanda Bank sektorunun xarici
öhdəlikləri 2,960 milyard manat təşkil edib.
Trend bu
barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Məlumata görə, bu, ilin əvvəlinə nəzərən 374,2 milyon manat
çoxdur.
Bildirilib ki, xarici öhdəliklərdəki qeyd olunan dəyişiklik
əsasən qeyri-rezident banklardan alınmış qısamüddətli kreditlərin
həcmindəki artım ilə əlaqədardır.

