Azərbaycanla Belarus arasında qarşılıqlı ticarət həcmi 30%-dən çox artıb

Baş səhifə

2024-cü ilin yekunlarına görə Belarus və Azərbaycan arasında qarşılıqlı ticarət dövriyyəsinin həcmi 600 milyon ABŞ dolları təşkil edib və son beş ildə qarşılıqlı ticarətin həcmi 30%-dən çox artıb.

APA xəbər verir ki, bunu Belarus Respublikasının iqtisadiyyat nazirinin müavini Alesya Abramenko bu gün Bakıda keçirilən “Avrasiya iqtisadi inteqrasiyasında biznes üçün üstünlüklər” mövzusunda beynəlxalq dairəvi masada çıxışı zamanı bildirib.

“Azərbaycan Belarusun MDB ölkələri ilə ticarət dövriyyəsi strukturunda dördüncü yeri tutur. Bu, çox yaxşı göstəricidir və ölkələrimiz arasında həqiqətən effektiv əməkdaşlıq mexanizminin formalaşdığını göstərir”, – nazir müavini qeyd edib.