Azərbaycanda həyat sığortası bazarı 16%-dən çox böyüyüb

Baş səhifə

Bakı. Trend:

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda həyat sığortası
növlərinin hesabına 710,7 milyon manat sığorta haqqı
toplanılıb.

Trend
Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2024-cü
ilin eyni dövrü ilə müqayisədə 100,4 milyon manat və ya 16,4%
çoxdur.

Hesabat dövründə həyat sığortası növləri üzrə ödənişlər isə
140,3 milyon manat və yaxud 34,5% artaraq 546,9 milyon manata
çatıb.




Beləliklə, 10 ayda həyat sığortası bazarında toplanmış hər 100
manat sığorta haqqının 76,9 manatı müştərilərə geri ödənilib.

Qeyd edık ki, bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda
sığorta şirkətlərinin xətti ilə 1,256 milyard manat sığorta haqqı
yığılıb. Bu göstərici ötən ilin eyni dövrünə nisbətən 143,9 milyon
manat və ya 12,9% çoxdur.

Eyni zamanda hesbat dövründə Azərbaycanda fəaliyyət göstərən
sığorta şirkətləri tərəfindən 772,6 milyon manat sığorta ödənişi
edilib ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 150,3
milyon manat və ya 24,1% artım deməkdir.