Baş Dövlət Yol Polis İdarəsi ötən gün Məmmədli–Fatmayı yolunda baş verən ağır qəzanın görüntülərini yayıb.
“Report” həmin qəzanın görüntülərini təqdim edir:
Qeyd edək ki, ötən gün Abşeron rayonunda, Məmmədli–Fatmayı yolunda baş verən qəzada “Chevrolet” markalı avtomobilin sürücüsü E. Ələsgərov dünyasını dəyişib. İlkin ehtimala görə, faciəyə sürücünün sürət həddini açması və əks zolağa çıxması səbəb olub.
“Sürücülər, xahiş edirik – sükan arxasında tələsməyin, risk etməyin, həyatınızı təhlükəyə atmayın. Sürət cəmi bir neçə saniyənin qənaəti, amma bir ömrün itkisi ola bilər. Yollarda məsuliyyətli olaq!”, – BDYPİ-nin müraciətində bildirilib.
Ən son xəbərləri bizim “Instagram” səhifəmizdə izləyin

