Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında IV turun iki matçı keçiriləcək

Baş səhifə
Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında IV turun iki matçı keçiriləcək

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında IV turun iki matçı keçiriləcək.

“Report”un məlumatına görə, “Neftçi” saat 16:00-da “Xilasedici”ni qəbul edəcək.

Saat 18:00-da isə “Ordu” “Azərreyl”lə üz-üzə gələcək.

Hər iki görüş Fövqəladə Hallar Nazirliyinin idman zalında keçiriləcək.

Qeyd edək ki, tura noyabrın 28-də yekun vurulacaq.