Bakı. Trend:
Türk Dövlətləri Təşkilatı Azərbaycanın ən sıx əməkdaşlıq etdiyi
təşkilatlardan biri, bəlkə də, birincisidir. Azərbaycan türk
dövlətləri ilə media və kommunikasiya sahəsində tərəfdaşlıq etməkdə
maraqlıdır.
Trend xəbər
verir ki, bunu Medianın İnkişafı Agentliyinin Beynəlxalq əlaqələr
və sənədlərlə iş departamentinin direktoru Rasim Bağırov Türk
Dövlətləri Təşkilatının Media və informasiya üzrə işçi qrupunun
12-ci iclasında çıxışı zamanı deyib.
O bildirib ki, bu cür tədbirlərin keçirilməsi həm təşkilat üçün,
həm də üzv dövlətlər üçün çox önəmlidir:
“Üzv ölkələr bu kimi tədbirlərdə iştirakda maraqlıdırlar və biz
də bu sahədə, xüsusilə mediada, Türk dövlətlərinin həyata keçirdiyi
layihələrdə iştirak etməyə daim həvəsliyik”.

