Hon Konqun yeni əraziləri olan Tay Poda yaşayış kompleksində baş verən və azı 44 insanın ölümünə səbəb olan yanğın, şəhər tarixində ən ölümcül yanğın olub.
“Report”un məlumatına görə, bu barədə “South China Morning Post” (SCMP) xəbər yayıb.
Qəzetin məlumatına görə, meqapolisdə ölüm sayına görə əvvəlki ölümcül yanğın 1996-cı ildə baş verən, 41 nəfərin ölümünə və 81 nəfərin xəsarət almasına səbəb olan “Garley Bina” yanğını olub. Yanğına qaynaq işlərinin təhlükəsiz aparılmaması səbəb olub.
Ən son xəbərləri bizim “Instagram” səhifəmizdə izləyin

