Tramp Ağ Evdəki atışmanı terror aktı adlandırıb

Baş səhifə

Bakı. Trend:

ABŞ prezidenti Donald Tramp Ağ Evin yaxınlığında Milli Qvardiya
qoşunlarının atəşə tutulmasını “pislik, nifrət və terror aktı”
adlandırıb. ABŞ prezidenti atəş açan şəxs barəsində adələtli
cəzanın veriləcəyini söz verib.

Trend-in
məlumatına görə, bu barədə D.Tramp video müraciətində bildirib.




Tramp bildirib ki, atışmada şübhəli bilinən şəxs 2021-ci ildə
əvvəlki prezident Co Baydenin administrasiyası dövründə
Əfqanıstandan ABŞ-yə gəlib.

“Baydenin dövründə Əfqanıstandan ölkəmizə gələn hər bir əcnəbini
yoxlamalıyıq və bura aid olmayan və ölkəmizə heç nə əlavə etməyən
hər hansı bir əcnəbinin ölkədən çıxarılması üçün bütün lazımi
tədbirləri görməliyik. Əgər onlar ölkəmizi sevə bilmirlərsə, biz də
onları istəmirik. Amerika heç vaxt əyilməyəcək və terrora təslim
olmayacaq”, – deyə D.Tramp bildirib.