Goranboyda qəzalı yaşayış binasının 5-ci bloku tamam çöküb

Baş səhifə
Goranboyda qəzalı yaşayış binasının 5-ci bloku tamam çöküb

Goranboy şəhəri, Cəfər Cabbarlı küçəsində yerləşən beşmərtəbəli yaşayış binasında dağıntı qeydə alınıb.

“Report”un Qərb bürosunun məlumatına görə, 60 mənzilli binanın 5-ci bloku tamam çöküb.

Əraziyə aidiyyəti orqanların əməkdaşları cəlb olunub. Bina sakinləri təxliyə olunduğundan hadisə zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.