
Bakı. Trend:
Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə
nümayəndəsi Xələf Xələfov Türkiyəyə səfər edərək, qardaş ölkənin
xarici işlər naziri Hakan Fidan, Türkiyə Prezidentinin baş müşaviri
Akif Çağatay Kılıç və xarici işlər nazirinin müavini Berris Ekinci
ilə görüşlər keçirib.
Trend-in
məlumatına görə, bu barədə Azərbaycanın Türkiyədəki səfirliyindən
bildirilib.
Məlumata əsasən, görüşlərdə iki ölkə arasında qardaşlıq
münasibətlərinə əsaslanan əlaqələrin tarixi, habelə gələcək inkişaf
perspektivi nəzərdən keçirilib, regionumuzda və qlobal səviyyədə
əməkdaşlığın bundan sonra da gücləndirilməsi məqsədilə bütün
istiqamətlərdə qarşılıqlı fəaliyyətlərin artırılması məsələləri
müzakirə edilib.
Tərəflər qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq
məsələlər ətrafında fikir mübadiləsi aparıb.
Bununla yanaşı, tərəflər Azərbaycanın hazırda Asiyada Qarşılıqlı
Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirədə (AQEM) sədrliyinin
gündəliyindən irəli gələn məsələləri, o cümlədən AQEM-in beynəlxalq
təşkilata transformasiyası mövzusunda müzakirələr aparıb.

