Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Milli Təhlükəsizlik Şurasının iclası keçirilib.
“Report” “Haber Global”a istinadən xəbər verir ki, toplantıda bir sıra daxili və regional məsələlərlə yanaşı, Azərbaycan və Ermənistan arasında aparılan sülh prosesində son dövrdə əldə olunan müsbət nailiyyətlər fonunda ikitərəfli və regional əməkdaşlıq imkanları müzakirə olunub.
Türkiyənin Cənubi Qafqazda sülh və sabitliyin bərqərar edilməsi, həmçinin inkişafın təmin olunmasına dair iradəsi bir daha vurğulanıb.
Bununla yanaşı, iclasda “Terrorsuz Türkiyə” təşəbbüsü, Ukrayna münaqişəsi, Yaxın Şərqdə vəziyyət kimi mövzular müzakirə edilib.
Ən son xəbərləri bizim “Instagram” səhifəmizdə izləyin

