Türkiyə MTŞ-nın iclasında Rusiya-Ukrayna məsələsi müzakirə olunub

Baş səhifə

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın başçılığı ilə bu gün keçirilmiş Milli Təhlükəsizlik Şurasının iclasında Rusiya-Ukrayna məsələsi müzakirə olunub.

APA-nın Türkiyə bürosu xəbər verir ki, iclasdan sonra yayılan rəsmi açıqlamada Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibədə son vəziyyətin qiymətləndirildiyi bildirilib.

Müharibənin daha da şiddətlənməsi riski fonunda diplomatik həll axtarışlarının əhəmiyyəti xüsusi vurğulanıb.

Türkiyənin, beynəlxalq tərəfdaşları ilə birlikdə ədalətli və davamlı sülhün təmin edilməsi üçün səylərini davam etdirəcəyi qeyd olunub.