
Bakı. Trend:
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Roma Papası XIV
Leo ilə görüşüb.
Trend xəbər verir ki, bu
barədə nazir “X” sosial şəbəkə hesabında paylaşım edib.
O qeyd edib ki, Vatikana rəsmi səfərim zamanı Papa XIV Leo ilə
ümumi auditoriya qarşısında çıxış etdim və Müqəddəsləri ilə
görüşməkdən şərəf duydum.
“Azərbaycan və Müqəddəs Taxt-tac arasında dinlərarası dialoqun
və multikulturalizmin təşviqi üçünvacib olan güclü münasibətlər
mövcuddur.
İki ölkə arasındakı münasibətlər müxtəlif dinlər arasında dialoq
üçün nümunə rolunu oynayır və bu, Azərbaycanın dövlət siyasətinin
təməl daşıdır”, – nazirin paylaşımında vurğulanıb.

