Honq Konqda yaşayış kompleksində yanğında ölənlərin sayı 13-ə çatıb – YENİLƏNİB

Baş səhifə

Honq Konqda yaşayış kompleksində yanğında ölənlərin sayı 13 nəfərə çatıb.

APA xəbər verir ki, bu barədə Çin mətbuatı məlumat yayıb.

Ölənlərdən biri yanğınsödürəndir.

Xəsarət alanların sayı isə 16 nəfərdir.

***

14:59

Honq Konqda yaşayış kompleksində baş verən yanğın 4 nəfərin həyatına son qoyub.

APA “Reuters”ə istinadən xəbər verir ki, xilasetmə tədbirləri davam etdirilir, lakin binaların içərisində qalan sakinlər var.

2 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

Yanğınsöndürənlərin içərisində də xəsarət alanların olduğu bildirilir.

Ölü və yaralı sayının artacağı gözlənilir.