Honkonqda yaşayış kompleksi yanıb: ölən və yaralılar var

Baş səhifə

Bakı. Trend:

Honkonqda Tay-Po rayonunda yerləşən hündürmərtəbəli yaşayış
kompleksində baş vermiş güclü yanğın nəticəsində azı 4 nəfər həlak
olub.

Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.

Məlumata görə, hadisə yerinə çox sayda yanğınsödürmə və təcili
tibbi yardım briqadaları göndərilib.




Qurbanlardan biri yanğınsöndürəndir, bundan başqa 3 nəfər ağır
vəziyyət xəstəxanaya çatdırılıb. Yanğınla əlaqədar binada 13
nəfərin çıxılmaz vəziyyətdə qaldığı deyilir.

Yanğınla bağlı bölgədə beşinci dərəcəli həyəcan elan edilib.
Yanğının səbəbləri barədə hələ ki, rəsmi açıqlama yoxdur.