
Bakı. Trend:
Azərbaycan və Türkiyənin opera müəssisələri arasında birgə
layihələr nəzərdə tutulur.
Trend xəbər
evrir ki, Dövlət Akademik Opera və Balet Teatrı ilə Türkiyə Dövlət
Opera və Balet Baş Direktorluğu arasında mövcud əməkdaşlıq
məsələləri müzakirə olunub.
Dövlət Akademik Opera və Balet Teatrının direktoru Yusif Eyvazov
ilə Türkiyə Dövlət Opera və Balet Baş Direktorluğunun rəhbəri Tan
Sağtürkün görüşündə birgə layihələr, qarşılıqlı qastrol
proqramlarının hazırlanması, solistlərin və yaradıcı kollektivlərin
mübadiləsi, habelə hər iki teatrda mütəxəssislər tərəfindən ustad
dərslərinin təşkili ilə bağlı razılığa gəlinib.

