Bakı. Trend:
Bu gün Bakıda “2-ci Beynəlxalq Caspian Innovation Forum” tədbiri
keçirilir.
Trend xəbər
verir ki, forum “Caspian Investment Week” çərçivəsində baş
tutur.
Forumda innovasiya, texnologiya, süni intellekt və dayanıqlı
inkişaf sahələrində fəaliyyət göstərən Xəzər, Qara dəniz və Baltik
regionunun aparıcı şirkətləri, həmçinin diplomatik missiya
nümayəndələri iştirak edirlər.

