Bərdədə narkotik vasitə qəbul edərək avtomobil idarə edən sürücü məsuliyyətə cəlb olunub

Baş səhifə

Bərdə. Trend:

Bərdədə narkotik vasitə qəbul edərək avtomobil idarə edən sürücü
inzibati məsuliyyətə cəlb olunub.

Trend-in bölgə
müxbiri xəbər verir ki, Bərdə Rayon Polis Şöbəsinin Dövlət Yol
Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində “Mercedes” markalı nəqliyyat vasitəsi ilə yol hərəkəti qaydalarını
pozduğuna görə sürücü Zaur Yusifova “saxla” işarəsi verilib.




Araşdırma zamanı onun narkotikin təsiri altında avtomobil idarə
etdiyi müəyyən edilib.

Z.Yusifov barəsində protokol tərtib edilərək baxılması üçün
rayon məhkəməsinə göndərilib.