
“Bakı Fonr Birjası” QSC (BFB) istiqrazları bütün Azərbaycan vətəndaşları üçün əlçatan etməyə çalışır.
“Report” xəbər verir ki, bunu BFB-nin Əməliyyatlar departamentinin direktoru və kommersiya inzibatçısı Mətin Yolçuyev Bakıda keçirilən “Caspian İnvestment Forum”da bildirib.
“Bunu ekosistem iştirakçıları ilə birgə etməyi planlaşdırırıq. Çünki Azərbaycanda mobil bankçılıqdan istifadənin payı 80 %-dən çoxdur, eyni zamanda kapital bazarı ildən-ilə inkişaf edən, dinamik yenilikləri özü ilə gətirən bir bazardır. Biz inanırıq ki, bu trendi nəinki dəstəkləyə, hətta daha da yüksəyə apara bilərik. Ümumi plan bundan ibarətdir ki, buna texnologiya ilə birlikdə biznes anlayışını da əlavə etmək istəyirik.
Artıq növbəti ildən, dəqiq tarix deyə bilməyəcəyəm, lakin qısa zamanda istiqrazlar bütün investorlara əlçatan olacaq. Və düşünürük ki, bunun ardınca digər bir layihələr də həyata keçirək. Təbii ki, investorların ehtiyacları bitmir, davamlı artır. Onların istəklərini təmin etmək üçün davamlı çalışırıq, planlar qurmuşuq və bu planlar üzərində ekosistem olaraq məqsədlərimizə çatacağımıza tam əminik”, – deyə o qeyd edib.
Ən son xəbərləri bizim “Instagram” səhifəmizdə izləyin

