Bu gün Çempionlar Liqasının Liqa mərhələsində 5-ci tura yekun vurulacaq

Baş səhifə

Bakı. Trend:

Bu gün Çempionlar Liqasının Liqa mərhələsində 5-ci tura yekun
vurulacaq.

Trend xəbər
verir ki, 2-ci oyun günündə 9 matç keçiriləcək.

Günün maraqla gözlənilən qarşılaşmalarından biri Londonda
oynanılacaq. Hazırkı turnir cədvəlinin lideri “Bavariya” 2-ci
yerdəki “Arsenal”ın qonağı olacaq.

“Atletiko” “İnter”lə, PSJ “Tottenhem”lə, “Real” “Olimpiakos”la
üz-üzə gələcək. “Qarabağ”ın rəqiblərindən “Liverpul” PSV ilə, “Ayntraxt” isə “Atalanta” ilə qarşılaşacaq.

UEFA Çempionlar Liqası, Liqa mərhələsi, 5-ci tur

26 noyabr

21:45: “Kopnehagen” (Danimarka) – “Kayrat” (Qazaxıstan)

21:45.”Pafos” (Kipr) – “Monako” (Fransa)

00:00. “Arsenal” (İngiltərə) – “Bavariya” (Almaniya)

00:00. “Atletiko” (İpaniya) – “İnter” (İtaliya)

00:00.”Ayntraxt” (Almaniya) – “Atalanta” (İtaliya)

00:00.”Liverpul” (İngiltərə) – PSV (Niderland)

00:00.”Olimpiakos” (Yunanıstan) – “Real” (İspaniya)




00:00. PSJ (Fransa) – “Tottenhem” (İngiltərə)

00:00.”Sportinq” (Portuqaliya) – “Brügge” (Belçika)

25 noyabr

“Ayaks” (Niderland) – “Benfika” (Portuqaliya) – 0:2

“Qalatasaray” (Türkiyə) – “Union” (Belçika) – 0:1

“Bodo-Qlimt” (Norveç) – “Yuventus” (İtaliya) – 2:3

“Çelsi” (İngiltərə) – “Barselona” (İspaniya) – 3:0

“Borussiya” (Dortmund, Almaniya) – “Vilyarreal” (İspaniya) –
4:0

“Mançester Siti” (İngiltərə) – “Bayer” (Almaniya) – 0:2

“Marsel” (Fransa) – “Nyukasl” (İngiltərə) – 2:1

“Napoli” (İtaliya) – “Qarabağ” (Azərbaycan) 2:0

“Slaviya” (Çexiya) – “Atletik” (İspaniya) – 0:0