Ukrayna NATO-ya üzv olmaq məqsədindən geri çəkilməyəcək – Yermak

Baş səhifə

Bakı. Trend:

Ukrayna NATO-ya qoşulmaqla bağlı konstitusiyada təsbit olunan
öhdəliyindən əl çəkmək niyyətində deyil.

Trend xəbər verir ki, bunu
Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak ABŞ-ın “Axios”
portalına müsahibəsində söyləyib.




“Ukrayna gələcəkdə NATO-ya inteqrasiya ilə bağlı konstitusion
öhdəliyini dəyişməyəcək, amma hazırkı vəziyyət realdır. Biz hələ
NATO üzvü deyilik”, – Yermak qeyd edib.