
Ukraynanı dəstəkləyən Avropa ölkələrinin liderləri “İstəklilər Koalisiyası” çərçivəsində ABŞ Dövlət katibi Marko Rubio ilə videokonfrans zamanı Rusiyaya qarşı sanksiya təzyiqinin davam etdirilməsində israr ediblər.
“Report” “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Lyayen bildirib.
Onun sözlərinə görə, avropalılar ABŞ-ni Rusiyaya təzyiqi davam etdirməyə çağırıblar: “Çünki təzyiq Rusiyanın reaksiya verdiyi yeganə üsul olaraq qalır, biz onu sülhə doğru etibarlı yola çıxmaq üçün səmimi istək yaranana qədər gücləndirməyə davam edəcəyik” – deyə o, “X” sosial şəbəkəsində yazıb.
AK rəsmisi vurğulayıb ki, “İstəklilər Koalisiyası” Ukraynanı dəstəkləməyə davam edəcək və danışıqlarda əsas məsələs ölkənin maliyyələşdirilməsi, o cümlədən dondurulmuş Rusiya aktivlərinin istifadəsi ilə bağlıdır.
Ən son xəbərləri bizim “Instagram” səhifəmizdə izləyin

