
Bakı. Trend:
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi
təhsil müəssisələrində kitabxanaçı, məktəbəqədər təhsil
müəssisələrində isə təsərrüfat müdiri vəzifəsinə işə qəbul üzrə
müsabiqənin test imtahanı mərhələsində 30-34 bal aralığında nəticə
göstərən namizədlər müsahibəyə cəlb olunacaqlar.
Trend xəbər verir ki, bu
barədə BŞTİ məlumat yayıb.
Bildirilir ki, müsahibədə iştirak etmək istəyən namizədlər 26
noyabr 2025-ci il tarixindən 4 dekabr 2025-ci il saat 17:00-dək
BŞTİ-yə yaxınlaşaraq ərizə ilə müraciət edə bilərlər.
Namizədlər şəxsiyyəti, təhsili təsdiq edən sənədin və əmək
kitabçasının (olduğu təqdirdə) surətini ərizə ilə birlikdə təqdim
etməlidirlər.
Namizədlərin məlumatları yoxlandıqdan sonra uyğun namizədlərə
müsahibənin vaxtı və məkan haqqında məlumat qeydiyyatdan keçdikləri
mobil telefona SMS vasitəsilə göndəriləcək.
Müsahibəni uğurla keçən namizədlər nəticələrə uyğun olaraq
müvafiq vakant yerlərlə təmin olunacaqlar.

