
Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında IV turun növbəti oyunu keçirilib.
“Report” xəbər verir ki, “Murov Az Terminal” UNEC ilə üz-üzə gəlib.
“Murov Az Terminal”ın idman zalında baş tutan matç qonaqların 3:1 hesablı qələbəsi ilə bitib.
Qeyd edək ki, turun ötən gün baş tutan matçında “Milli Aviasiya Akademiyası” “Azərreyl”ə qalib gəlib – 3:2. Tura noyabrın 26-da yekun vurulacaq.
Ən son xəbərləri bizim “Instagram” səhifəmizdə izləyin

