
Kriştiano Ronaldonun Vaşinqtona tarixi səfəri müzakirələrə səbəb olmuşdu.
Metbuat.az xəbər verir ki, Ronaldonun Prezident Donald Trampa yaxınlaşmaq cəhdləri futbolçunun təcavüz iddiaları ilə əlaqələndirilir. Ronaldonun adı illər əvvəl baş verən təcavüz iddialarında hallanır və bu iddialar yenidə müzakirə edilir. Bildirilir ki, bu iddialar Ronaldonun ABŞ-yə səfər etməsinə mane olub. Lakin, Portuqaliyanın 2026-cı il Dünya Kubokuna vəsiqə qazanması ilə Ronaldonun ABŞ-yə getməsi qaçılmaz olub. Ronaldonun Trampla münasibətlərini möhkəmləndirmək istəyi onun ABŞ-yə rahat səfər etməsini təmin etmək istəyi ilə əlaqələndirilir.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd bin Salmanın da daxil olduğu rəsmi nümayəndə heyətinin tərkibində Ağ Evə gələn Ronaldoya, Prezident Donald Tramp tərəfindən Ağ Evin qızıl açarı təqdim edilib. Bu açar, digər prezidentlərdən fərqli olaraq, Trampın yalnız xüsusi qonaqlarına verdiyi şəxsi hədiyyədir. Ronaldo bu hədiyyəni Trampdan alan ilk idmançı olub.

