​Osimen bu gecə meydana çıxacaq?

Baş səhifə

“Qalatasaray”ın nigeriyalı ulduzu Viktor Osimenin bu gün “Yunion”la keçiriləcək qarşılaşmada meydana çıxması sual altındadır.

Metbuat.az Türkiyə KİV-nə istinadla xəbər verir ki, qolçu futbolçu belə vacib matçda komanda yoldaşlarını tək qoymaq istəmir. Osimenin oynamaq üçün baş məşqçi Okan Buruka müraciət etdiyi bildirilir.

Okan Buruk Osimenin taleyi ilə bağlı suallara aydınlıq gətirməyib. Təcrübəli məşqçi deyib ki, nigeriyalı futbolçunun meydana çıxıb-çıxmayacağına matç başlayanda qərar verəcək. “Qalatasaray”ın baş məşqçisi bildirib ki, Osimenlə bağlı qərar verərkən həkimlərin rəyini əsas götürəcək.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.