Bakı. Trend:
Finlandiya Rusiya ilə sərhəddi hasarlamağa başlayıb.
Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, hasarda hər 20 metrdən bir təhlükəsizlik
kameraları quraşdırılacaq.
Laplandiyada şərq sərhədində inşa edilən çəpər artıq demək olar
ki, tam hazırdır. Təhvil-təslimin 9 dekabrda Salla bölgəsində
keçiriləcək.
Sərhəd Mühafizəsi İdarəsinin məlumatına görə, Finlandiyanın
Rusiya ilə şərq sərhədində tikilən çəpərin son hissələri gələn ilin
yay aylarına kimi tamamlanacaq.
“Çəpərdə tətbiq olunan müasir texnologiyalar sayəsində şərq
sərhədindəki vəziyyəti fasiləsiz olaraq izləyə bilirik. Xüsusilə də
bu ərazidə çəpərin və texniki sistemlərin olduğu yerdə”, –
Laplandiya sərhəd mühafizəsinin komandanı, polkovnik-leytenant
Mikko Kauppila bildirib.

