Kallas: Rusiyanın G8-ə qayıtması qətiyyən yolverilməzdir

Baş səhifə

Rusiyanın Böyük Səkkizliyə qayıtması qətiyyət baş verməməlidir.

APA xəbər verir ki, bu fikri Avropa İttifaqının Xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali Nümayəndəsi Kaya Kallas “BBC Radio 4”ə verdiyi müsahibədə bildirib.

Rusiyanın G8-ə qaytarılması ilə bağlı Kallas deyib ki, bu “qətiyyən baş verməməlidir”: “Biz əvvəlki kimi davam edə bilmərik… bunu təsəvvür belə etmək mümkün deyil”.

Avropa İttifaqının xarici siyasət rəhbərinin sözlərinə görə, yekun sülh planı Rusiyanın yenidən hücuma keçməsini mümkünsüz etməlidir.

“Əgər bunun həmişəlik bitməsini istəyiriksə, Rusiyanın müəyyən güzəştlər etməsinə həqiqətən ehtiyac var”, – o qeyd edib.

Kallasın sözlərinə görə, bu yanaşma Rusiyanın beynəlxalq razılaşmalara əməl etməsini və hərbi qüvvələrini azaltmasını nəzərdə tutur.

“Belə ola bilməz ki, sən başqa bir ölkəni işğal edəsən… və buna görə heç bir məsuliyyət olmasın”, — Kallas deyib.

Qeyd edək ki, ABŞ-ın Ukrayna üzrə sülh planının ilk versiyasının 28 bəndindən biri Rusiyanın “Böyük səkkizliyə” qaytarılmasını nəzərdə tuturdu. Daha sonra sənəd 19 bəndə qədər qısaldıldı. Bu bəndin siyahıda qalıb-qalmadığı hələlik məlum deyil.