
Bakı.Trend:
Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər 180 gün ərzində 90
gündən çox Azərbaycan Respublikasının ərazisindən kənarda olduqda
onlara Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün
icazə verilmir (müddəti uzadılmır), əvvəl verilmiş icazə isə ləğv
edilir.
Bu barədə Trend-in sorğusuna əsasən Dövlət Miqrasiya Xidmətindən
məlumat verilib.
Qeyd edilib ki, bu hal yüksəkixtisaslı miqrantlara şamil
edilmir.
Həmçinin bildirilib ki, 2025-ci ilin oktyabr ayı ərzində 8694
müvəqqəti yaşama icazəsinin alınması (uzadılması), 407 daimi yaşama
icazəsinin alınması (uzadılması) ilə bağlı müraciət daxil olub.

